“Sabah” FK baş məşqçi Jelko Sopiçlə yollarını ayırıb. Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Jelko Sopiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.
Qeyd edək ki, Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.