“Sabah” FK-nın yeni baş məşqçisi bəlli olub. Komandamızı bundan sonra ispaniyalı mütəxəssis Visente Qomes çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Məşqçi fəaliyyətinə “Atletik”in (Bilbao) akademiyasında başlayan Qomes, 2005/06 mövsümündə bu klubun əsas komandasında baş məşqçinin köməkçisi olub.
Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.