Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 27 il keçir. 1993-cü il iyulun 23-də erməni işğalçıları Ağdam şəhərini zəbt etdilər.
İşğal nəticəsində 128 minə yaxın insan öz doğma yurdlarından didərgin düşdü. Bundan əlavə, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey erməni işğalçıları tərəfindən yandırılıb məhv edildi.