Azərbaycan Premyer Liqasının 2020/21-ci illər mövsümünə hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Qəbələ” ilə qarşılaşıb. “Bank Respublika Arena”nın əsas meydançasında keçirilən matçın ilk hissəsi 1:0 hesabıyla komandamızın xeyrinə başa çatıb. Abbas Ağazadə qarşılaşmanın 37-ci dəqiqəsində “Sabah”ı hesabda önə keçirən qola imza atıb.
İkinci hissənin əvvəlində komandamız Məhəmməd Mirzəbəyovun qoluyla hesab arasındakı fərqi ikiyə yüksəldib – 2:0. Oyun elə bu hesabla da başa çatıb.
Baş məşqçimiz Visente Qomes qarşılaşmada aşağıdakı futbolçulara şans verib:
Start heyət: Nicat Mehbalıyev, Ruslan Abışov, Arsen Ağcabəyov, Filip İvanoviç, Neymət Musayev, Məhəmməd Mirzəbəyov, Abbas Ağazadə, Abdulla Xaybulayev, Camal Cəfərov, Elşən Abdullayev, Təbriz İsazadə.
Sonradan meydana daxil olanlar: Rüstəm Samiqqulin, Amin Seydiyev, Bəhlul Musatafazadə, Nikola Vuyodinoviç, Slavik Alxasov, Coşqun Diniyev, Təmkin Xəlilzadə, Mario Marina, Ozan Can Kökcü, Ceyhun Nuriyev, Ramil Şeydayev.