Azərbaycan Premyer Liqasının 2020/21-ci illər mövsümünə hazırlığı davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirib. Komandamız “Azersun Arena”da “Qarabağ”la qarşılaşıb. Oyun rəqibin 2:0 hesablı qələbəsilə nəticələnib.

Baş məşqçimiz Visente Qomes matçda aşağıdakı futbolçulara şans verib:

Start heyət: Saşa Stamenkoviç, Təmkin Xəlilzadə, Amin Seydiyev, Bəhlul Mustafazadə, Nikola Vuyodinoviç, Slavik Alxasov, Mario Marina, Ceyhun Nuriyev, Ozan Can Kökcü, Coşqun Diniyev, Ramil Şeydayev.

Sonradan meydana daxil olanlar: Ruslan Abışov, Filip İvanoviç, Arsen Ağcabəyov, Məhəmməd Mirzəbəyov, Neymət Musayev, Elşən Abdullayev, Təbriz İsazadə, Abdulla Xaybulayev, Abbas Ağazadə, Camal Cəfərov.