“Sabah” növbəti mövsüm üçün hazırlarını davam etdirir.

“Ağ-göylər” bu gün “Bank Respublika Arena”nın ehtiyat meydançasında növbəti məşqinə çıxıb. Visente Qomesin yetirmələri hazırlıq zamanı müxtəlif fiziki və topla təmrinləri yerinə yetiriblər.

Komandamız məşqə “Nike” şirkətinin istehsalı olan yeni geyim dəstində çıxıb.

Xatırladaq ki, “Sabah” Azərbaycan Premyer Liqasının I turunda səfərdə son ölkə çempionu “Qarabağ”la qarşılaşacaq. Görüş avqustun 22-də saat 20:00-da “Azersun Arena”da baş tutacaq.