“Sabah” FK-nın 2020/21-ci illər mövsümü üçün ev və səfər formalarını təqdim edirik.

“Nike” şirkətinin istehsalı olan olan formalar göy və ağ rəngdədir. Komandamız növbəti mövsümdə ev oyunlarında göy, səfər oyunlarında isə ağ rəngli formalardan istifadə edəcək.

Yeni formalarımızın təqdimat videosunda kapitan Ruslan Abışovla yanaşı, Bəhlul Mustafazadə, Kevin Kubemba və Ramil Şeydayev yer alıb.

“Sabah” yeni formada ilk oyununu Azərbaycan Premyer Liqasının I turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcək.  Qarşılaşma avqustun 22-də saat 20:00-da “Azersun Arena”da baş tutacaq.