Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021-ci illər mövsümünə start verilib. “Sabah” çempionatın ilk turunda “Qarabağ”la qarşılaşıb. “Azersun Arena”da keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsilə nəticələnib.

Baş məşqçimiz Visente Qomes matçdan sonra fikirlərini bildirib:

“Birinci hissədə pis oynamadıq. Külək bizə qarşı olduğundan, irəli çıxamaqda çətinlik çəkirdik. İkinci hissədə külək bizim lehimizə oldu. Sadəcə, hücumları sonlandırmaqda dəqiqlik çatmadı. “Qarabağ” kimi komandalara qarşı oyunda əldə etdiyin fürsətlərdən maksimum yararlanmalısan.

Bu gün topa daha çox nəzarət etmək istəyirdik, lakin rəqib bizi arxaya çəkilməyə məcbur etdi. Müdafiə olunarkən də düzgün oynamaq lazımdır. İlk hissənin son saniyəsində vurulan topu çıxsaq, firkimcə, arxa xətdə yaxşı oynadıq”.