Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalından 27 il keçir.
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri ölkəmizin Füzuli və Cəbrayıl rayonlarını işğal etdilər.
İşğal nəticəsində minlərlə azərbaycanlı öz ata-baba yurdundan didərgin düşdü, ərazidəki tarixi-memarlıq abidələri məhv edildi.
Füzuli rayonunda yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Bundan əlavə, bu rayon ərazisində olan, uzunömürlü təbiət abidələri hesab edilən Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb.
Cəbrayıl rayonunda isə 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı ilə yanaşı, mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələri, yeraltı və yerüstü sərvətlər, zəngin su mənbələri dağıdılıb, meşələri yandırıb, məhv edilib.