Azərbaycan Premyer Liqasının 2020/21-ci illər mövsümünün I turu çərçivəsində keçirilmiş “Qarabağ” – “Sabah” matçı (2:0) gənc futbolçumuz Ceyhun Nuriyev üçün əlamətdar olub. 19 yaşlı yarımmüdafiəçi “Azersun Arena”da baş tutan qarşılaşmada Premyer Liqada ilk oyununu keçirib.
Baş məşqçimiz Visente Qomes Ceyhuna start heyətində şans verib. Gənc futbolçu qarşılaşmanın 61-ci dəqiqəsində Yevgeni Koçukla əvəzlənib.
Xatırladaq ki, Nuriyev “Sabah”ın əsas komandasına klubun U-19 komandasından cəlb olunub.