Azərbaycan yığmasının heyəti açıqlanıb. “Sabah”FK-nın futbolçuları – Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Amin Seydiyev və Ramil Şeydayev əsas millimizə dəvət alıb.
Bundan əlavə, Coşqun Diniyev və Ozan Can Kökcünün adı yığmamızın ehtiyat heyətinə daxil edilib.
Qeyd edək ki, avqustun 27-də təlim-məşq toplanışına başlayacaq Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə rəqib meydanında Kipr millisi ilə qarşılaşacaq.