21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. “Sabah” FK-nın 4 futbolçusu – Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Samir Məhərrəmli və Ozan Can Kökcü yığmamıza dəvət alıb.
Qeyd edək ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də evdə Fransa yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə avqustun 28-dən təlim-məşq toplanışına başlayacaq.