“Sabah”ın yarımmüdafiəçisi Coşqun Diniyev Azərbaycan millisinin toplanışına dəvət alıb. Diniyev daha öncə yığma komandanın ehtiyat heyətinə cəlb edilmişdi.
Xatırladaq ki, Coşqunla yanaşı digər futbolçularımız Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə, Amin Seydiyev və Ramil Şeydayev də əsas yığmamıza dəvət alıb.
Millimiz Avropa Millətlər Liqası çərçivəsində sentyabrın 5-də evdə Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kipr yığması ilə qarşılaşacaq.