Komandamız bu gün “Bank Respublika Arena”nın ehtiyat meydançasında növbəti məşqinə çıxıb.
Məşq zamanı futbolçular müxtəlif fiziki və topla təmrinləri yerinə yetiriblər. Hazırlıqda müxtəlif milli komandaların düşərgəsində olan futbolçular – Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə, Amin Seydiyev, Coşqun Diniyev, Ramil Şeydayev, Yevgeni Koçuk, Ozan Can Kökcü, Nicat Mehbalıyev və Arsen Ağcabəyov, həmçinin zədəli Aleksey İsayev iştirak etməyib.
“Sabah” milli komandamızın Avropa Millətlər Liqasındakı oyunlarıyla bağlı çempionatda yaranmış fasilədən istifadə edərək, “Sumqayıt”la yoxlama matçında qüvvəsini sınayacaq. Görüş sentyabrın 5-də saat 19:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Xatırladaq ki, “Sabah” Azərbaycan Premyer Liqasının növbəti – II turunda evdə “Qəbələ” ilə qarşılaşacaq. Matç sentyabrın 13-də saat 19:00-da başlayacaq.