“Sabah” yoxlama oyununda “Sumqayıt”la üz-üzə gəlib. “Bank Respublika Arena”da keçirilən görüş rəqibin qələbəsilə (1:3) yekunlaşıb.
Matçda komandamızın yeganə qoluna Kevin Kubemba imza atıb. Baş məşqçimiz Visente Qomes start heyətində aşağıdakı futbolçulara yer verib:
Saşa Stamenkoviç, Təbriz İsazadə, Ruslan Abışov (k), Məhəmməd Mirzəbəyov, Slavik Alxasov, Ceyhun Nuriyev, Abbas Ağazadə, Amadu Diallo, Abdulla Xaybulayev, Kevin Kubemba, Camal Cəfərov.
Xatırladaq ki, “Sabah” Azərbaycan Premyer Liqasının növbəti – II turunda “Qəbələ” ilə qarşılaşacaq. Görüş sentyabrın 13-də saat 19:00-da “Bank Respublika Arena”da baş tutacaq.