Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində Lüksemburqla qarşılaşıb (1:2). Görüşdə “Sabah” FK-nın 3 futbolçusu meydana çıxıb.

Ramil Şeydayev, Təmkin Xəlilzadə və Bəhlul Mustafazadə start heyətində yer alıblar. 58-ci dəqiqədə əvəzlənən Ramil matçda millimizin yeganə qoluna imza atıb. Təmkin qarşılaşmanın 77-ci dəqiqəsində əvəzlənib, Bəhlul isə oyunun sonunadək meydanda olub.

Yığmadakı digər futbolçularımız – Amin Seydiyev və Coşqun Diniyev ehtiyat oyunçular skamyasında yer alıblar.

Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqasındakı növbəti matçını sentyabrın 8-də səfərdə Kipr yığmasına qarşı keçirəcək.