Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Millimiz səfərdə Kipr seçməsi ilə qarşılaşıb. Matç yığmamızın 1:0 hesablı qələbəsi ilə nəticələnib.

“Sabah” FK-nın 4 futbolçusu – Ramil Şeydayev, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə və Coşqun Diniyev bu oyunun iştirakçısı olub.

Ramil, Bəhlul və Təmkin start heyətində yer alıb. Şeydayev və Mustafazadə oyunun sonuna kimi meydanda olub, Təmkin isə 64-cü dəqiqədə əvəzlənib. Coşqun Diniyev matçın 59-cu dəqiqəsində əvəzetmədən meydana çıxıb.

Milli komandadakı digər təmsilçimiz Amin Seydiyev bu oyunda ehtiyat oyunçular skamyasında yer alıb.      

Qeyd edək ki, millimizin heyətində 4 futbolçumuzun meydana çıxması klub tarixində ilk haldı.