“Sabah” Azərbaycan Premyer Liqasının II turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir.

Komandamız bu gün növbəti məşqinə çıxıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan hazırlıqda “göy-ağlar” müxtəlif taktiki və texniki təmrinləri yerinə yetiriblər. Məşqdə zədəli Ulisse Diallo və Aleksey İsayevdən başqa bütün futbolçular iştirak ediblər.

Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyunu sentyabrın 13-də saat 19:00-da “Bank Respublika Arena”da keçiriləcək.