Baş məşqçimiz Visente Qomesin “Qəbələ” ilə oyunla (3:0) bağlı fikirləri:
“İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı oynayan tərəf biz idik. İkinci hissəyə bir az pis başladıq. Meydanda azlıqda qaldıqdan sonra geri çəkilməyə məcbur olduq. Qarşıda bizi gərgin oyunlar gözləyir.
Azərbaycan Premyer Liqası asan çempionat deyil. Mənim üçün əsas olan nəticəylə yanaşı, həm də sərgilənən oyundur. Bu qarşılaşmanın icmalına baxıb, təhlillər edəcəm. İstəyirəm ki, komandam daha yaxşı olsun. Bu matçda futbolçularım əllərindən gələni etdilər”.