4 futbolçumuz – Bəhlul Mustafazadə, Coşqun Diniyev, Yevgeni Koçuk və Ramil Şeydayev “InStat”ın göstəricilərinə əsasən Azərbaycan Premyer Liqasının II turunun rəmzi komandasında yer alıb.

Bəhlul Mustafazadə həmçinin turun ən yaxşı futbolçusu olub (InStat indeksi – 321).

Xatırladaq ki, “ağ-göylər” Azərbaycan Premyer Liqasının II turunda evdə “Qəbələ”ni 3:0 hesabıyla məğlub edib. Oyunda komandamızın qollarına Coşqun Diniyev, Bəhlul Mustafazadə və Ramil Şeydayev imza atıblar.