Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Zirə” ilə qarşılaşacaq “Sabah” hazırlıqları davam etdirir.
Komandamız bu gün “Bank Respublika Arena”nın ehtiyat meydançasında növbəti məşqinə çıxıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıqda bir müddətdi zədədən əziyyət çəkən Aleksey İsayev fərdi məşq edib.
Xatırladaq ki, “Sabah” Premyer Liqanın 2 turundan sonra 3 xal toplayıb. Komandamız turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
“Zirə” – “Sabah” oyunu sentyabrın 20-də saat 18:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.