“Sabah” Ozan Can Kökcü ilə yeni müqavilə bağlayıb. Anlaşmaya əsasən gənc yarımmüdafiəçi 2023-cü ilə kimi komandamızın uğurları üçün çalışacaq.

Ozan Can ötən ilin yayından “Sabah”ın üzvüdür. U-21 millimizin də şərəfini qoruyan yarımmüdafiəçi, komandamızda 19 oyun keçirib, 1 qola imza atıb.

Kökcünün klubla əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.