Azərbaycan Premyer Liqasının III turuna yekun vurulub. Komandamız bu turda səfərdə “Zirə”ni 2:0 hesabıyla məğlub edib. Baş məşqçimiz Visente Qomes oyundan sonra qələbəni şərh edib:
“Oyundan çox razı qaldım. Birinci hissədə bir neçə qol imkanımız oldu. Bununla yanaşı, rəqibə də imkan vermədik. İkinci hissədə rəqib oyuna bir qədər nəzarət etsə də, ümumilikdə oyunumuzdan razı qaldım. Əsas odu, qələbə qazana bildik”.
Qeyd edək ki, 3 turdan sonra hesabında 6 xal olan “Sabah” turnir cədvəlində birinci pillədə yer alıb. Komandamız növbəti turda səfərdə “Səbail” ilə qarşılaşacaq.