Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Səbail”lə qarşılaşacaq “Sabah” bu oyuna hazırlıqları davam etdirir. Komandamız bu gün “Bank Respublika Arena”nın ehtiyat meydançasında növbəti məşqinə çıxıb. Yeni transferimiz Alvaro Villete də məşqdə iştirak edib.
Xatırladaq ki, “Səbail” – “Sabah” oyunu sentyabrın 26-da saat 18:00-da “ASKO Arena”da keçiriləcək.
Azərbaycan Premyer Liqasının ilk 3 turundan sonra hesabında 6 xal olan “Sabah” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
