“Sabah” FK-nın əvəzedici komandasında məşqçi dəyişikliyi gerçəkləşib. İlqar Mənsimov əvəzedici komandanın baş məşqçisi, Saşa Yunisoğlu və İlqar Əliyev isə köməkçi məşqçi vəzifəsinə təyin olunub.
Ötən mövsüm əvəzedici komandamızın baş məşqçisi olan Rövşən Babayev isə bundan sonra “Sabah” Futbol Akademiyasında seleksiya xidmətinin rəhbəri vəzifəsini icra edəcək.
Qeyd edək ki, əvəzedici komandamıza yeni təyin olunan hər 3 mütəxəssis ötən mövsüm “Sabah”ın U-17 komandasında çalışıb. U-17 komandamız 2019/20-ci il mövsümünü çempion kimi başa vurub.