4 futbolçumuz – Məhəmməd Mirzəbəyov, Saşa Stamenkoviç, Yevgeni Koçuk və Xulio Rodriqes “InStat”ın göstəricilərinə əsasən Azərbaycan Premyer Liqasının III turunun rəmzi komandasında yer alıb. Stamenkoviç isə turun ən yaxşı futbolçusu olub (InStat indeksi – 296).
“Sabah” III turda səfərdə “Zirə”ni 2:0 hesabıyla məğlub edib. Oyunda komandamızın qollarına Xulio Rodriqes və Kevin Kubemba imza atıb. Xulio həmçinin ikinci qolda Kevinə məhsuldar ötürmə edib.
Xatırladaq ki, Premyer Liqanın ötən turunda da “Sabah”ın 4 futbolçusu (Bəhlul Mustafazadə, Ramil Şeydayev, Coşqun Diniyev və Yevgeni Koçuk) rəmzi komandaya düşmüşdü. Koçuk ardıcıl ikinci dəfə turun komandasında yer alıb.