Futbol üzrə Azərbaycan I Divizionunun 2020/21-ci illər mövsümünə hazırlığı davam etdirən “Sabah”ın əvəzedicilərdən ibarət komandası yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Neftçi-2” ilə üz-üzə gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə nəticələnib.

Matçda komandamızın yeganə qoluna Təbriz İsazadə imza atıb.

Xatırladaq ki, I Divizionda yeni mövsümə oktyabrın 1-də start veriləcək. “Sabah-2” çempionatın ilk turunda səfərdə “Neftçi-2” ilə qarşılaşacaq.