Azərbaycan Premyer Liqasının IV turunda “Sabah” səfərdə “Səbail” ilə qarşılaşıb. “ASCO Arena”da keçirilən matç rəqibin 2:1 hesablı qələbəsilə nəticələnib. Oyundan sonra baş məşqçimiz Visente Qomes qarşılaşma ilə bağlı fikirlərini bildirib:

“Bu gün oyunumuzdan narazı qaldım. İlk qolu vurduqdan sonra hesab arasındakı fərqi artırmaq üçün bir neçə fürsətimiz olsa da, istifadə edə bilmədik. İkinci qolu vursaydıq, matçı həll edə bilərdik, amma olmadı”.

“Sabah” Azərbaycan Premyer Liqasında növbəti oyununu evdə “Keşlə”yə qarşı keçirəcək. Görüş oktyabrın 2-də saat 18:00-da “Bank Respublika Arena”da baş tutacaq.