Futbol üzrə Azərbaycan I Divizionunda 2020/2021-ci illər mövsümünə start verilib. “Sabah”ın əvəzedicilərdən ibarət komandası ilk turda səfərdə “Neftçi-2” ilə qarşılaşıb. “Türk Hava Yolları” Futbol Mərkəzində keçirilən matç rəqibin 1:0 hesablı qələbəsilə nəticələnib.
“Sabah-2”-nin baş məşqçisi İlqar Mənsimov oyunda aşağıdakı futbolçulara şans verib:
94. Nicat Mehbalıyev, 60. Abbas Ağazadə, 50. Fərid Kərimzadə (k) (21. Şöhrət Yusifov, 68), 72. Kamran Quliyev (33. Camal Cəfərov, 55), 91. Cavid Nəcizadə, 55. Raul Həsənzadə, 53. Xəyal Muradov (24. Aydın Ağazadə, 46), 59. Təbriz İsazadə, 66. Abdullah Xaibullayev (26. Vüsal Qəmbərov, 80), 22. Nemət Musayev, 40. Fərid Muxtarov.
Ehtiyat oyunçular: 25. Əlirza Müştəbəzadə 80. İlahi Quliyev 44. Tural Nəsirov 70. Vaqif Ağadadaşov 16. Kamran Qürbətov Baş məşqçi: İlqar Mənsimov.