Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilmiş “Sabah” – “Keşlə” (0:2) oyunundan sonra komandamızın baş məşqçisi Visente Qomes matçla bağlı fikirlərini bildirib. İspaniyalı mütəxəssis qarşılaşmanın bərabər səviyyədə keçdiyini qeyd edib:
“Oyun bərabər səviyyədə keçdi. Sadəcə, əks-hücumlar oyunun taleyini həll etdi. Biz yararlana bilmədik, rəqib isə bu fürsətlərdən yaxşı istifadə etdi və qələbə qazandı”.
Qomes cəbhə bölgəsində baş verən döyüşlərə də münasibət bildirib:
“Əlbəttə, biz idman adamıyıq. Ancaq bu məsələ ilə bağlı bizim və ölkəmizin mövqeyi bəllidir. Azərbaycanı dəstəkləyirik. Lakin müharibənin olmasını istəməzdim. Müharibə hər zaman can itkisinə səbəb olur. İstəməzdim ki, gənclər həyatını itirsin. Necə ki, 13 yaşlı futbolçu Şəhriyar həyatını itirdi”.