Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” ilə qarşılaşacaq “Sabah” yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız “Səbail”lə qarşılaşacaq.
Görüş oktyabrın 11-də saat 16:00-da “Bank Respublika Arena”da baş tutacaq.
Qeyd edək ki, milli komandanın oyunlarıyla bağlı çempionatda fasilə yaranıb. Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində baş tutacaq “Neftçi” – “Sabah” oyunu oktyabrın 18-də saat 14:00-da “Bakcell Arena”da keçiriləcək.