“Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Bank Respublika Arena”da “Səbail”lə qarşılaşıb.

Görüşdən öncə Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində həlak olmuş mülki vətəndandaşlarımızın, həmçinin cəbhədə şəhid olmuş hərbiçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Baş məşqçimiz Visente Qomes matçda aşağıdakı futbolçulara şans verib:

12. Alvaro Vilyete, 13. Filip Ivanoviç, 15. Ruslan Abışov (k) (5. Nikola Vuyadinoviç), 77. Veysəl Rzayev, 30. Mario Marina (60. Abbas Ağazadə), 3. Ulisse Diallo (18. Xulio Rodriqes, 46), 14. Slavik Alxasov, 17. Məhəmməd Mirzəbəyov, 29. Ceyhun Nuriyev (66. Abdulla Xaybulayev, 75), 28. Kevin Kubemba (8. Elşən Abdullayev, 46), 23. Amadu Diallo (33.Camal Cəfərov, 75).

Qarşılaşma qolsuz bərabərliklə nəticələnib.

“Sabah” Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə “Neftçi” ilə qarşılaşacaq. Görüş oktyabrın 18-də saat 14:00-da “Bakcell Arena”da baş tutacaq.