“Sabah”ın əvəzedici komandası I Divizionda növbəti oyununu keçirib. Komandamız divizionun II turunda evdə “Kəpəz”lə qarşılaşıb. “Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən görüş komandamızın 2:1 hesablı qələbəsilə nəticələnib. Matçda komandamızın qollarına Kamran Quliyev və penaltidən Fərid Kərimzadə imza atıblar.

Baş məşqçi İlqar Mənsimov qarşılaşmada aşağıdakı heyətə şans verib:

94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev (50. Fərid Kərimzadə, 75), 72. Kamran Quliyev (53. Xəyal Muradov, 90+3), 20. Elçin Mustafayev, 55. Raul Həsənzadə, 59. Təbriz İsazadə (k), 66. Abdullah Xaibullayev (24. Aydın Ağazadə, 82), 22. Nemət Musayev, 33. Camal Cəfərov (91. Cavid Nəcizadə, 67), 40. Fərid Muxtarov, 27. Samir Məhərrəmli (26. Vüsal Qəmbərov, 67).

“Sabah-2” növbəti turda evdə “Zaqatala ilə qarşılaşacaq. Görüş oktyabrın 22-də keçiriləcək.