Baş məşqçimiz Visente Qomes “Sumqayıt”la oyunla (1:2) bağlı fikirlərini bildirib:

“İlk hissədə üstün tərəf biz idik. Rəqibə əks-hücum etməyə imkan vermirdik. Fasilədən sonra da qol imkanlarımız oldu. Lakin hücumları sonlandırmaqda dəqiqlik çatışmadı. Əvəzində rəqib əks-hücumda qol vurdu və qələbə qazandı”.

“Sabah” Premyer Liqada növbəti oyununu oktyabrın 31-də səfərdə “Qəbələ”yə qarşı keçirəcək.