Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində baş tutacaq “Qəbələ” ilə oyuna hazırlaşan “Sabah” məşqlərini davam etdirir.

Komandamız bu gün “Bank Respublika Arena”nın ehtiyat meydançasında növbəti məşqinə çıxıb. Məşq zamanı futbolçular müxtəlif fiziki və topla təmrinləri yerinə yetiriblər.

“Qəbələ” – “Sabah” oyunu oktyabrın 31-də saat 14:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.