“Sabah” Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə “Qəbələ” ilə qarşılaşıb (1:2). Oyundan sonra baş məşqçimiz Visente Qomes matçla bağlı fikirlərini bildirib: 

“Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Ancaq əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. Rəqib isə ilk hissənin sonlarında və ikinci hissənin əvvəlində fərqlənməyi bacardı. Meydanda azlıqda qalmağımız işimizi bir az da çətinləşdirdi. Buna baxmayaraq, futbolçularım meydanda əllərindən gələni etdilər, qol da vurduq. Lakin digər qol fürsətlərini dəyərləndirə bilmədik və məğlub olduq”.

“Sabah” Azərbaycan Premyer Liqasının IX turunda evdə “Zirə” ilə qarşılaşacaq. Görüş noyabrın 6-da saat 16:00-da “Bank Respublika Arena”da baş tutacaq.