Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. “Sabah” bu turda evdə “Zirə” ilə qarşılaşıb (0:1). Oyundan sonra baş məşqçimiz Visente Qomes matçla bağlı fikirlərini bildirib:
“Oyuna pis başlamadıq. Penalti qazansaq da, yararlana bilmədik. Slavik Alxasov və Filip İvanoviçin zədələnməsi də oyunumuza təsir etdi. Oyun ərzində bir neçə dəfə fərqlənmək şansımız olsa da, qol vura bilmədik. Rəqib isə sadə epizodda qol vurdu və qələbə qazandı”.