Azərbaycan Premyer Liqasının X turunda evdə “Səbail”lə qarşılaşan “Sabah” 2:1 hesabıyla qalib gəlib. Oyundan sonra baş məşqçimiz Visente Qomes matçla bağlı fikirlərini bildirib:

“Oyunun böyük hissəsində nəzarət bizdə idi. Çoxlu qol şanslarımız olsa da, yalnız ikisindən istifadə edə bildik. Təəssüf ki, son dəqiqədə penaltidən qol buraxdıq. Bu oyunun gələcək qələbələr üçün təkan olacağını düşünürəm. Ancaq artıq bu matçı unudub, “Keşlə” ilə qarşılaşmanı düşünməliyik. Komanda oyundan-oyuna inkişaf etməlidir”.

“Sabah” növbəti turda səfərdə “Keşlə” ilə qarşılaşacaq. Matç noyabrın 29-da saat 14:00-da “ASK Arena”da baş tutacaq.