“Sabah” Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Keşlə” ilə bərabərə qaldı (1:1). Oyundan sonra baş məşqçimiz Visente Qomes matçla bağlı fikirlərini bildirib:

“İki fərqli hissə izlədik. Birinci hissədə qol imkanlarımız az oldu. Fasilədən sonra rəqib azlıqda qaldı, bundan sonra hesabda önə keçdik. Daha sonra bir neçə real qol şansımız olsa da, istifadə edə bilmədik. Rəqib isə son dəqiqələrdə əlinə düşən fürsətdən lazımınca yararlandı və hesabı bərabərləşdirməyi bacardı”.

“Sabah” Azərbaycan Premyer Liqasının növbəti turunda evdə “Neftçi” ilə qarşılaşacaq. Görüş dekabrın 5-də, “Bank Respublika Arena”da baş tutacaq.