Azərbaycan Premyer Liqasının və ölkə kubokunun təqvimində dəyişiklik edilib.
“Sabah” çempionatda növbəti oyununu dekabrın 20-də evdə “Neftçi”yə qarşı keçirəcək. Komandamızın “Sumqayıt”la səfər oyunu dekabrın 24-də, “Qarabağ”la ev matçı isə gələn il yanvarın 21-də baş tutacaq. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Sabah” – “Kəpəz” qarşılaşması yanvarın 25-də keçiriləcək.
Azərbaycan Premyer Liqası, XII tur
20 dekabr
“Sabah” – “Neftçi”
Azərbaycan Premyer Liqası, XIII tur
24 dekabr
“Sumqayıt” – “Sabah”
Azərbaycan Premyer Liqası, XIV tur
21 yanvar, 2021-ci il
“Sabah” – “Qarabağ”
Azərbaycan Kuboku, 1/8 final
25 yanvar, 2021-ci il
“Sabah” – “Kəpəz”