“Sabah” Azərbaycan Premyer Liqasının XII turunda evdə “Neftçi” ilə qarşılaşdı (0:2). Matçdan sonra baş məşqçimiz Visente Qomes oyunla bağlı fikirlərini bildirdi:
“Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Təəssüf ki, ilk hissənin son dəqiqəsində penaltidən qol buraxdıq. İkinci hissəyə “Neftçi” tərəfi daha yaxşı başladı. Rəqib qol vurduqdan sonra bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Məncə, bu şanslardan yararlana bilsəydik, nəticə başqa cür ola bilərdi”.
“Sabah” Premyer Liqanın növbəti turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq. Görüş dekabrın 24-də, “Kapital Bank Arena”da baş tutacaq.