“Sabah” FK heyətini yeni futbolçuyla gücləndirib. Müdafiəçi Bəxtiyar Həsənalızadə ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

28 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2019) və “Zirə” (2019-2020) klublarında çıxış edib. Bəxtiyar komandamızda 34 nömrəli formada çıxış edəcək.