Azərbaycan Premyer Liqasının XIII turundan sonra çempionat qış fasiləsinə yollandı. Komandamız ilin son oyununda səfərdə “Sumqayıt”ı 2:1 hesabıyla məğlub etdi.

Bu oyundakı start heyətimizin orta yaşı 24,3-ə bərabər olub ki, bu da, Premyer Liqada çıxış etdiyimiz müddətdə ən gənc start heyəti kimi tarixə düşüb. “Sumqayıt”la görüşdə start heyətimizdə çempionatın gənc futbolçu limitinə uyğun 4 oyunçu yer alıb (Amin Seydiyev, Ozan Can Kökcü, Veysəl Rzayev və Şakir Seyidov).

Ümumilikdə, cari mövsümdə Premyer Liqada “Sabah”ın heyətində 24 futbolçu meydana çıxıb. Ən çox şans qazanan futbolçumuz Amin Seydiyevdir (12 oyun, 1068 dəqiqə).

Çempionatın ilk yarısında komandamızın heyətində meydana çıxmış ən yaşlı futbolçu Saşa Stamenkoviç (35 yaş), ən gənc futbolçu isə Veysəl Rzayevdir (17 yaş, 11 ay, 9 gün). Qış fasiləsinə kimi komandamızın heyətində 9 fərqli futbolçu ümumilikdə 13 qola imza atıb.