“Sabah” FK Şakir Seyidovla müqavilə müddətini uzadıb. Yeni müqavilənin müddəti 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.
Şakir Seyidov 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. 20 yaşlı müdafiəçi komandamızın heyətində ümumilikdə 31 oyun keçirib, 2 qola imza atıb (Premyer Liqada 26 oyun 2 qol, ölkə kubokunda 5 oyun).
Şakir Seyidovun “Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.