Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Səbail”lə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç “göy-ağlar”ın minimal hesablı (1:0) qələbəsilə nəticələnib. Qarşılaşmada komandamızın yeganə qoluna oyunun 53-cü dəqiqəsində Coşqun Diniyev imza atıb.
Baş məşqçimiz Visente Qomes görüşdə aşağıdakı start “11”-liyinə şans verib:
12. Alvaro Vilyete, 13. Filip İvanoviç, 15. Ruslan Abışov, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 30. Mario Marina, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 10. Aleksey İsayev, 9. Xulio Rodriqes.
Sonradan oyuna daxil olanlar: 17. Məhəmməd Mirzəbəyov, 38. Arsen Ağcabəyov, 34. Bəxtiyar Həsənalızadə, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 77. Veysəl Rzayev, 8. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 26. Tiemoko Fofana.
Xatırladaq ki, “Sabah” qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında ilk oyununu yanvarın 21-də “Qarabağ”a qarşı keçirəcək. Görüş saat 18:00-da, “Bank Respublika Arena”da baş tutacaq.