I Divizionda mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sabah-2” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Keşlə”nin əvəzedici komandası ilə qarşılaşıb. “ASK Arena”da keçirilən matç, İlqar Mənsimovun yetirmələrinin qələbəsilə başa çatıb – 2:1. Oyunda komandamızın qollarına Kamran Quliyev və Camal Cəfərov imza atıb.
Xatırladaq ki, I Divizionda fasilə fevralın 10-da başa çatacaq. “Sabah-2” həmin tarixdə evdə MOİK-i qəbul edəcək.