“Sabah” Azərbaycan Premyer Liqasının XIV turunda evdə “Qarabağ”la qarşılaşdı (1:2). Oyundan sonra baş məşqçimiz Visente Qomes görüşlə bağlı fikirlərini bildirdi:

“Maraqlı oyun alındı. Fikrimcə, yaxşı oynadıq. Bir neçə qol vəziyyəti yaratdıq, qol vurduq. Bundan əlavə, komandanın oyununda intensivilik var idi. Səhvlərimiz də oldu. Bu cür rəqiblərlə oyunda belə səhvlər edəndə, cəzalanmaq qaçınılmazdır. Çalışmalıyıq ki, gələcək oyunlarda bu səhvləri aradan qaldıraq”.

“Sabah” növbəti oyununu Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində evdə “Kəpəz”ə qarşı keçirəcək. Matç yanvarın 25-də, saat 17:00-da “Bank Respublika Arena”da baş tutacaq.