Azərbaycan yığmasının U-17 və U-19 komandalarının təlim-məşq toplanışı olacaq. Yanvarın 25-də başlayacaq və Bakıda baş tutacaq təlim-məşq toplanışında “Sabah” FK-nın futbolçuları da iştirak edəcək.
Həmzəli Mikayılov, Fəxri Məmmədli, Səbuhi Qurbanov, Tuncay Yusifli, Ramil Nurəhmədov U-17, Abdulla Rzayev, Nemət Musayev, Camal Cəfərov, Nazim Həsənzadə, Samir Məhərrəmli isə U-19 millimizə dəvət alıblar.
Qeyd edək ki, U-19-un təlim-məşq toplanışı fevralın 7-nə, U-17-nin toplanışı isə fevralın 4-nə kimi davam edəcək.