“Sabah” Nikola Vuyadinoviçlə yollarını ayırıb. Serbiyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Nikola 2020-ci ilin yayından komandamızda çıxış edirdi. Futbolçuya xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.