“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Ukraynalı yarımmüdafiəçi Dmitro Klots bundan sonra komandamızın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Klots karyerası ərzində Ukraynanın “Karpatı” (Lvov, 2014-2020) və Azərbaycanın “Keşlə” (2020) komandalarında oynayıb.
Dmitro “Sabah”da 48 nömrəli formada çıxış edəcək.